Tarixdə bu gün
Tarixdə bu gün 15.12.2016-cı il.
530-cu ilin 15 dekabrında İmperator Yustinianın əmrilə Roma hüquq sistemi 6-cı əsrin tələblərinə uyğunlaşdırılıb.
Səlcuq hökmdarı Toğrul bəy 1055-ci ilin bu günü Bağdadı fəth edib.
Alp Arslan -Səlcuq hökmdarı – əsir aldığı qalabəyi tərəfindən 1072-ci ilin 15 dekabrında qətlə yetirilmişdir.
15 dekabr 1256-cı ildə Hülakü xan qoşunları Əlamut qalasını yerlə yeksan edib. Qala indiki İran ərazisində yerləşir.
Mirzə Məhəmməd xan Səfdər Cəng 1708-ci ilin bu günü Nişapur şəhərində doğulmuşdu. 1722-ci ildə Hindistana köçmüşdü. Böyük Moğol İmperiyasının sultanı Sultan Məhəmməd şahın baş vəziri olmuşdu. 1739-cu ildə I Səadətəli xan devirib yerinə keçmişdi. Mirzə Məhəmməd xan Səfdər Cəng 1754-cü ildə vəfat edib.
1806-cı ilin bu günü Napoleonun ordusu Varşavanı ələ keçirmişdir.
Moldova xalq Respublikası 1917-ci ilin 15 dekabrında elan edilib.
15 dekabr 1989-cu ildə Rumıniyada Kommunist Partiyasının hakimiyyətinə qarşı çıxışlar başlamışdır.
Qırğızıstan müstəqilliyini 1990-cı ilin bu günü elan edib.
2000-ci ilin bu günü Çernobıl AES-in sonuncu – 3-cü blokunun işi dayandırılıb. Bununla da, AES-in fəaliyyətinə son qoyulub.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments